Mirzə Babayev, Azərbaycan estradasının hal hazırda ən sevimli və
ən cəsur nümayəndəsi olaraq hamı tərəfindən qəbul edilir. Bir əsrə yaxın ömrü yaşamış
bu insanın səhnəyə cıxıb, hamıya yaxın və əziz olan mahnıları ifa etməsi, onun bilaistisna hamı
tərəfindən populyarlıq qazanmağının səbəbi olmuşdur. Sevimli 'Mirzə Dayının' həyatına bir göz ataq.
Mirzə Babayev 16 iyul 1913-cü ildə Bakida anadan olub. Azerbaycan M. Əzizbəyov adina Texniki
Universitetinin Me'marliq Fakultetini bitirdi. Daha sonra incəsənətə olan sevgisi onu Ü. Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyasının qapılarına götürdü. Özündə müqənni iste'dadını keşfedən Mirzə
Babayev burda vokal sinifini bitirir.
Konservatoriyadan sonra illərcə Azərbaycan Dövlət Filarmoniyasında çalışdı. Həyatı boyunca otuzdan
artıq film çəkilişlərində iştirak etdi. Eyni zamanda me'marlığa marağı itirməyən Mirzə Babayev ilk
məsləyinə sadiq qaldı. Onun əsəri sayılan Nizami Muzeyinin içində ona ait bədii misallar görmək
mümkündür.
Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikasının Xalq Artisti, xalqın sevgilisi
Mirzə Babayev həmçin iki dəfə 'Humay' premiyasına da laiq görülmüşdür.
|
| Mahnıları |
| 1 - Bahar Sənsiz | 2,5 Mb |
 |
| 2 - Bir Axşam | 3,7 Mb |
 |
| 3 - Dayan Zaman | 3,2 Mb |
 |
| 4 - Gəlmədi | 2,9 Mb |
 |
| 5 - Kəpənək | 2,4 Mb |
 |
| 6 - Kimlər Gəldi | 2,2 Mb |
 |
| 7 - Liman | 2,6 Mb |
 |
| 8 - Möcüzələr Adası | 3,0 Mb |
 |
| 9 - Naxçıvanım | 1,3 Mb |
 |
| 10 - Tanqo | 2,9 Mb |
 |
|
Siz
-ci qonağımızsınız.
"Sahil IRC"
© 2000 azerimusic@azerimail.net
|